logo

Azərbaycan nəqliyyat sahəsində nəhəng regional layihələr həyata keçirir

12:57 11-06-2019 | icon 3437
Azərbaycan nəqliyyat sahəsində nəhəng regional layihələr həyata keçirir

Ölkə başçısının təşəbbüsü və dəstəyi ilə nəqliyyat sahəsində nəhəng regional layihələr həyata keçirilir. Bu layihələr nəqliyyat sektorunun inkişafına, ölkəmizin tranzit potensialının gücləndirilməsinə, nəqliyyat təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

YeniAvropa xəbər verir  ki, bu fikirləri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “TransCaspian 2019” və “Road & Traffic 2019” sərgilərinin açılış mərasimində söyləyib.

Nazir bildirib ki, nəqliyyat sahəsində ölkə siyasətinin əsasını idarəetmənin təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, sağlam rəqabət mühitinin formalaşdırılması təşkil edir: “Ölkəmizdə müasir və funksional nəqliyyat sisteminin yaradılması istiqamətində görülən bütün işlər ölkə başçısının müvafiq fərman və sərəncamları ilə təsdiq edilib, “Azərbaycan-2020 İnkişaf Konsepsiyası, logistika və ticarət inkişafı üzrə Strateji Yol Xəritəsi və qəbul olunmuş digər Dövlət Proqramlarına uyğun həyata keçirilir”.