“Azərbaycan Hava Yolları” QSC ("AZAL") iyunun 25-dən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan paytaxt Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.
QSC-nin Mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, "AZAL"ın reysləri həftədə bir dəfə - çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə yerinə yetiriləcək. Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyədək artırılacaq.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.
Bu istiqamət üzrə aviabiletləri "AZAL"ın kassalarında, rəsmi agentliklərində, şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.