Rumıniyanın enerji bazarını təhlil edən nüfuzlu “Energia.ro” xəbər portalı SOCAR-ın Rumıniyadakı törəmə şirkəti “SOCAR Petroleum SA”nın fəaliyyəti barədə yazır.
YeniAvropa xəbər verir ki, məqalədə şirkətin Rumıniyada fəaliyyətini genişləndirdiyi, işçilərinin sayının 500 nəfəri keçdiyi bildirilir. Qeyd olunur ki, şirkət 8 il ərzində Rumıniyanın bir çox bölgələrində 42 yanacaqdoldurma məntəqəsi (YDM) açıb. Eyni zamanda, SOCAR-ın Rumıniyada yalnız YDM biznesi ilə yox, gələcəkdə təbii qazın nəqli istiqamətində əməkdaşlığa da hazır olduğu vurğulanıb.