M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həyətində bu gün səhər saatlarında 41 yaşlı qadın qətlə yetirilib.
YeniAvropa xəbər verir ki, həmin xəstəxananın qeydiyyat şəbəsində işləyən Xavər İbrahimova həyat yoldaşı ilə mübahisə edib. Cütlüklərin arasında mübahisə qanla nəticələnib. Həyat yoldaşı Xavərə bir neçə bıçaq zərbəsi endirib, boğazını kəsib. Dərhal işlədiyi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralıya tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Şahidlərin sözlərinə görə, ər-arvad arasında tez-tez mübahisələr baş verirmiş.
Yasamal rayon Polis İdarəsinin və Yasamal rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib. Faktla bağlı araşdırmalar aparılır.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov xəstəxananın əməkdaşının bıçaqlanma xəbərini təsdiqləyib.(Virtualaz.org)