Çinin xarici ticarəti cari ilin ilk 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 12,1 trilyon yuana (təxminən 1,76 trilyon ABŞ dolları) çatıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Çin Baş Gömrük Administrasiyası məlumat yayıb.
Yanvar-may aylarında ixrac 6,1 faiz, idxalı isə 1,8 faiz çoxalıb.
Qeyd edək ki, hazırda dünyanın ən böyük ikinci iqtisadiyyatına malik olan Çinin xarici ticarət dövriyyəsi 2005-ci ildə 10 trilyon yuan, 2010-cu ildə 20 trilyon yuan, ötən il isə 30 trilyon yuan səviyyəsini ötüb.