Bu gün ölkə ərazisində TV və radio saat 15:00-dan sonra işləyəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən iyunun 10-da saat 06:00-dan 15:00-dək növbəti kompleks profilaktika işləri aparılır. Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilələr yaranıb. Kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.
Qrafikə əsasən, növbəti kompleks profilaktika işlərinin Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən sentyabrın 16-da aparılması nəzərdə tutulub.