logo

Gürcüstan bu il istehlak edəcəyi təbii qazın 95 faizini Azərbaycandan alacaq

13:11 08-06-2019 | icon 3416
Gürcüstan bu il istehlak edəcəyi təbii qazın 95 faizini Azərbaycandan alacaq

Gürcüstanda bu il 2,5 milyard kubmetr təbii qazın istehlak ediləcəyi gözlənilir. Bunun da 95 faizi Azərbaycan qazının payına düşəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

Nazirin sözlərinə görə, Azərbaycan təbii qaz tədarükündə Gürcüstanın strateji tərəfdaşı olaraq qalır: “Bu gün Gürcüstan Azərbaycandan 2 mənbədən təbii qaz əldə edir. Gürcüstan SOCAR-dan aldığı qazla əhalini və istilik elektrik stansiyalarını tam təmin edə bilir. Bundan başqa, Gürcüstan Azərbaycan qazının dünya bazarın