logo

Azərbaycanın və Gürcüstanın QHT-ləri arasında əməkdaşlıq platforması yaradılacaq

22:41 07-06-2019 | icon 2667
Azərbaycanın və Gürcüstanın QHT-ləri arasında əməkdaşlıq platforması yaradılacaq

Azərbaycanın və Gürcüstanın qeyri-hökumət təşkilatları arasındakı münasibətlər istənilən qədər yüksək səviyyədə deyil. Hər iki ölkənin QHT-ləri arasında əməkdaşlıq gücləndirilməlidir.

 YeniAvropa xəbər verir  ki,  bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin iyunun 7-də Tbilisidə Gürcüstanın QHT rəhbərləri ilə görüşündə səsləndirilib.

M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə Azərbaycan və Gürcüstan QHT-ləri arasındakı mövcud əlaqələr və əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

A.Quliyev Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlıq platformasının yaradılmasını təklif edib.

Onun sözlərinə görə, platforma çərçivəsində iki ölkə arasındakı münasibətlərə dair müxtəlif müzakirə və fikir mübadilələri aparıla bilər.

Gürcüstanın QHT rəhbərləri azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.