logo

İsmayıllıda 4 ton çətənə kolu yandırılaraq məhv edilib

18:10 07-06-2019 | icon 2562
İsmayıllıda 4 ton çətənə kolu yandırılaraq məhv edilib

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planı çərçivəsində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçiriblər.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, rayonun Xanagah kəndi ərazisində çay kənarında yabanı halda bitmiş, ümumi çəkisi 4 tondan artıq olan 3423 çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.