logo

Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

16:18 07-06-2019 | icon 2996
Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədi ilə Bakıdan və Gəncədən iyunun 18-dən etibarən qeyd edilən qatarın hərəkət cədvəli dəyişdirilir.

YeniAvropa xəbər verir  ki, bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib  ki, qatar Bakıdan saat 08:00-da yola düşəcək, Gəncəyə saat 12:15-də çatacaq. Gəncədən qatar saat 18:00-da yola düşəcək, Bakıya saat 22:15-də çatacaq.