logo

Altı il əvvəl törədilmiş cinayətin üstü açılıb

12:29 07-06-2019 | icon 3311
Altı il əvvəl törədilmiş cinayətin üstü açılıb

Abşeron rayonunda altı il əvvəl törədilmiş cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, 2013-cü ilin dekabrında Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, iki mobil telefonunu və avtomobilin açarını alıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Çərkəzov müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.