Bu il Azərbaycan ərazisində 1.009.139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677.7793 hektarı buğda, 33.1346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya bildiriblər ki, iyunun 7-nə olan operativ məlumata görə, ölkə ərazisində 120.963,5 hektar ərazidə taxıl biçini aparılıb, 119.001,5 hektar ərazidə arpa, 1.962 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə, bu günədək ölkə üzrə 351.958,7 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.
Ən fəal biçin prosesi Aran rayonlarında və əsasən dəmyə əkilmiş ərazilərdə aparılır. Kürdəmir rayonunda 29.926 hektar arpa sahəsinin 26.937 hektarı artıq biçilib. Neftçalada 21.590 hektar, Biləsuvarda 10.360 hektar, Sabirabadda 6.136 hektar, Cəlilabadda 3.620 hektar, sahədə arpa biçini yekunlaşıb. Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.