logo

Nəsimi rayonunun bir hissəsində içməli su  olmayacaq

11:31 07-06-2019 | icon 2807
Nəsimi rayonunun bir hissəsində içməli su  olmayacaq

Paytaxtın Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar iyunun 7–8-də rayonun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

Bu barədə YeniAvropa-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.