İyunun 7-də Xəzər dənizində 4,7 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:27-də qeydə alınıb.
Ocağı 62 kilometr dərinlikdə yerləşən zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.