Rusiyanın Sankt-Peterburq şəhərində XXIII Beynəlxalq İqtisadi Forumunun rəsmi açılış mərasimi olub.
YeniAvropa xəbər verir ki, tədbirdə BMT baş katibi Antonio Quterreş, Moldova prezidenti İqor Dodon, Rusiya baş nazirinin birinci müavini və maliyyə naziri Anton Siluanov və başqaları iştirak edirlər.
Azərbaycanı forumda iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Builki forum "Davamlı inkişaf gündəmini müəyyən etmək" devizi altında keçirilir.