Daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, daxil olmuş məlumat əsasında Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayevdən 2 kiloqram 185 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.