Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ə.Qədimovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı oradan çəkisi 11 kiloqram olan civə aşkar edilərək götürülüb.
YeniAvropa xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.