Bu gün Ay tutulacaq
Bu gün Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayacaq. Azərbaycandan Ay tutulması hadisəsini yalnız Ayın səthi açılmağa doğru gedərkən müşahidə edə biləcəyik.YeniAvropa xəbər verir ki, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirb.
Onun sözlərinə görə, bu gün Ay tutulması saat 15:48:27-də, tam tutulma isə 16:51:47-də başlayacaq, maksimum tutulma 17:29:51-də qeydə alınacaq. Tam tutulmanın sonu 18:07:51-də olacaq. Tutulma 19:11:11-də başa çatacaq:
“Bu təbiət hadisəsinin əvvəlini Yer Kürəsinin şərqində yaşayanlar müşahidə edəcəklər. Azərbaycan ərazisində isə tutulma 18:00-dan etibarən Ay doğduqca görünməyə başlayacaq və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq. Biz həmin vaxtdan başlayaraq, adi gözlə tutulma hadisəsini izləyə biləcəyik”.
X.Mikayılov növbəti dəfə bu hadisənin 28 iyul tarixində baş verəcəyini və Ay tutulmasının Azərbaycan ərazisində tam müşahidə olunacağını söyləyib:
“Həmin tutulmalar Yerin ekvatorial zonasında baş verəcək. Bu tutulmalar mərkəzi tutulmalar adlanır. Yəni Ay kölgənin mərkəzindən keçəcək”.
Rəsədxananın direktor müavini əlavə edib ki, 2018-ci ildə 3 Günəş tutulması (qismən tutulma) baş verəcək. Həmin tutulmalardan ikisi cənub, biri isə şimal yarımkürəsinə düşəcək. 15 fevral tarixində baş verəcək Günəş tutulması (qismən tutulma) Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək. 13 iyul tarixində baş verəcək Günəş tutulması (qismən tutulma) Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək. 11 avqust tarixində baş verəcək Günəş tutulması (qismən tutulma) Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.
X.Mikayılov bildirib ki, Günəş tutulmasını adi gözlə müşahidə etmək təhlükəlidir, bunun üçün xüsusi eynəklərdən istifadə etmək lazımdır: "Adi vaxtlarda da Günəşə baxmaq mümkün olmur. Ay Günəşin qarşısından keçən zaman ondan uzaqlaşdıqca Günəşin işıqlı yeri gözə çox kəskin təsir edə bilər. Tutulma zamanı qəfil ziddiyyət - qaranlıq, daha sonra işıqlı hissə yarandığı üçün bu, gözü hətta kor edə bilər".
X.Mikayılovun sözlərinə görə, Günəşdən fərqli olaraq, Ay tutulmasını adi qaydada müşahidə etmək göz üçün ziyanlı deyil: "Ay tutulmaları gecə baş verir. Gecə isə Aya baxmaq mümkündür. Bu halda gözə elə bir ziyan olmur. Ancaq teleskopla Aya baxdıqda gözə ziyan olur, çünki teleskop Ayın parlaqlığını artırır".(Trend)
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov