Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrinin birləşdirən, xalq arasında daha çox köhnə adı -“Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” körpüsü söküləcək.
YeniAvropa xəbər verir ki, körpünün yerində yeni yolun salınması nəzərdə tutulub.
Xatırladaq ki, “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb.