logo

"Bakcell" uşaqların bayramını onalarla birgə qeyd edib

13:59 05-06-2019 | icon 2940
"Bakcell" uşaqların bayramını onalarla birgə qeyd edib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti  Uşaqların Beynəlxalq Müdafiəsi gününü Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının himayəsindəki xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqlarla birgə keçirib.

 YeniAvropa xəbər verir  ki,200 nəfərə yaxın uşağın iştirakı ilə “SOS Uşaq Kəndi”ndə keçirilən bayram tədbirində uşaqlar  maraqlı əyləncə və müsabiqələrdə iştirak edib.

Qeyd edək ki, "Bakcell" artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan “Bakcell Stars” proqramını həyata keçirir. Xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqların inkişafına həsr olunmuş layihələr çərçivəsində indiyə kimi minlərlə uşaq və gənc Bakcell şirkətindən dəstək alıb.

Xatırladaq ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB və “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirilən onlarla layihə vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiya olunmalarıistiqamətində işlər görülüb.