Şəhid Aqil Omarovun ailəsinə “Şücaətə görə” medalı təqdim edilib
Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun doğulub boya-başa çatdığı Qax rayonunun Lələpaşa kəndində ölümündən sonra layiq görüldüyü “Şücaətə görə” medalının ailəsinə təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.
YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, mərasimdə nazirliyin rəsmiləri, Qax və Xocavənd Rayon İcra hakimiyyətlərinin rəhbərliyi, ziyalılar, hüquq-mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi dostları və ailə üzvləri iştirak ediblər.
Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat maşını vasitəsilə şəhidlərin xatirəsinə rekviyem səsləndirilib.
Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani şəhidin ailəsinə, doğmalarına başsağlığı verərək onlara səbir, dözüm arzulayıb. Qeyd olunub ki, Aqil Omarov 1983-cü ildə anadan olub. Ailənin böyük övladıdır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Hərbi xidmətdə, döyüşlərdə fərqləndiyinə, göstərdiyi şəxsi şücaətə görə sağlığında 5 döyüş medalı ilə təltif olunub. Dəfələrlə fəxri fərman və təşəkkürlərə layiq görülüb. Komandirlərin, xidmət yoldaşlarının, eləcə də tabeliyində olan şəxsi heyətin böyük hörmətini qazanıb.
Polkovnik A.Qurbani dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında söylədiyi bir fikri mərasim iştirakçılarının nəzərinə çatdırıb: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Azərbaycan əsgəri, zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır... Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğaldan azad edək”.
Şəhidin dəfn mərasimində birlik və həmrəylik, təmkin və qələbəyə inam nümunəsi göstərməklə qaxlılar bir daha Ali Baş Komandanın işğal altında olan torpaqların azad edilməsi naminə hər bir əmrinə hazır olduqlarını təsdiq ediblər.
Aqil kimi peşəkar və bacarıqlı bir hərbçinin həlak olmasını Ordumuz üçün ağır itki hesab edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhidin atası Akif Omarovu hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən, könüllü olaraq cəbhəyə gəldiyi vaxtlardan tanıdığını diqqətə çatdırıb. Nazir müavini bildirib: “Şəhidimizin atası vətənpərvər insandır. Mən onu qanlı-qadalı döyüş meydanlarından tanıyıram. Könüllü olaraq cəbhəyə gəlmişdi. Hələ onda Aqil orta məktəbi bitirməmişdi. Ağır döyüşlərin nə olduğunu yaxşı bilən Akif Omarov nəinki oğlunun çətin və şərəfli zabitlik yolunu seçməsinə mane olmadı, hətta bu yolda ona xeyir-dua verdi, uğurlar arzuladı. Bir ata kimi ilk övladının uğurları onu çox sevindirərdi və inanıram ki, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaş başladıqda şəhid atası Akif Omarov və digər iki oğlu da bizimlə birgə döyüşlərə atılacaq”.
Bütün mərasim iştirakçıları bir ağızdan “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndiriblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti adından hərbi qulluqçu Aqil Akif oğlu Omarovun “Şücaətə görə” (ölümündən sonra) medalı ilə təltif olunması haqqında müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri oxunub.
General-leytenant Kərim Vəliyev həmin medalı şəhidin böyük oğlu Uğurun yaxasına sancıb. Atasının əvəzindən generaldan icazə alan Uğurun “Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə, eləcə də müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə rayon sakinləri adından minnətdarlığını bildirib. İcra başçısı ATƏT-in Minsk qrupu üzvlərinin münaqişəni tənzimləmək məqsədilə Azərbaycana gəldiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin törətdiyi bu qanlı təxribatın bütün xalqımız kimi, hər bir qaxlını da hiddətləndirdiyini və ermənilərin bu hiyləgər və məkrli əməllərini lənətlədiklərini bildirib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bütün xocavəndlilərin şəhidin ailəsinə başsağlığını çatdırıb.
Milli Məclisin deputatı Azər Kərimli, şəhidin vaxtilə xidmət etdiyi hərbi birliyin zabiti polkovnik Babək Səmidli və başqaları çıxış edərək Azərbaycan Ordusunun uğur və nailiyyətlərindən, Aprel və Günnüt zəfərlərindən danışıb və istənilən vəzifəni yerinə yetirməyə hər an hazır olduqlarını bəyan ediblər.
Təntənəli mərasimin sonunda şəhidin valideynləri Akif və Ahuzar Omarovalar oğulları ilə fəxr etdiklərini və onun xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyinə görə minnətdarlıqlarını bildiriblər.
Mərasim “Biz gəlirik, Qarabağ!” vətənpərvərlik marşının ifası, şəhidin məzarının ziyarət olunması, ehsan süfrəsinin açılması və dualar oxunması ilə başa çatıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb