İndiyədək 508 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb.
YeniAvropa xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bu gün Bakıda keçirilən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı söyləyib.
"Bu həcmin 383 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql olunub", - deyə SOCAR rəsmisi əlavə edib.