Polis əməkdaşları Bakıda qadını hədələyib pul almaq istəyən şəxsi cinayət başında yaxalayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10 min manat pul alarkən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.