Cari ildə Azərbaycanın təbii qaz hasilatı 20 faiz artacaq.
YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı deyib.
Rövnəq Abdullayevin sözlərinə görə, ötən il ölkədə təbii qaz istehsalının artması nəticəsində idxal tamamilə dayandırılıb. Bu il isə qaz hasilatında 20 faiz artım gözlənilir.