logo

"Azəri-Çıraq-Günəşli"dən indiyədək 485 milyon ton neft çıxarılıb

12:10 30-05-2019 | icon 7336
"Azəri-Çıraq-Günəşli"dən indiyədək 485 milyon ton neft çıxarılıb

İşlənmənin əvvəlindən bu vaxtadək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 485 milyon ton neft hasil edilib.

YeniAvropa xəbər verir  ki, bu sözləri energetika naziri Pərviz Şahbazov mayın 30-da Bakıda öz işinə başlayan 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, blokdan, həmçinin 158 milyard kubmetr təbii qaz çıxarılıb.

Pərviz Şahbazovun sözlərinə görə,  indiyədək AÇG yataqlar blokuna 36 milyard dollar sərmayə yatırılıb.