Bu vaxtadək Azərbaycanın neft sektoruna 100 milyard dollardan çox sərmayə qoyulub.
YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov bu bün bakıda öz işinə başlayan 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında mıxışı zamanı deyib.
Nazir bildirib ki, ötən 23 ildə ölkə iqtisadiyyatına 263 milyard dollar investisiya yatırılıb. Bu vəsaitin 100,6 milyard dolları məhz neft sektoruna yönəldilib.