2020-ci ildə Azərbaycanın təbii qaz hasilatı illik 40 milyard kubmetrə çatacaq.
YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı deyib.
"Ölkənin qaz istehsalında mühüm rolu olan Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından istehsal cari ildə ötən illə müqayisədə 6 milyard kubmetr artacaq. 2020-ci ildə isə yataqdan istehsal 2018-ci ilə nisbətdə 8,5 milyard kubmetr çoxalacaq", - deyə energetika naziri sözlərinə əlavə edib.