UEFA Avropa Liqasının final oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) oturacaqların sayı artırılaraq 70 minə çatdırılıb.
YeniAvropa xəbər verir ki, bu barədə BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib. Bildirib ki, media zonasında yeni oturacaqlar quraşdırılıb. Almaniyada istehsal olunan oturacaqlar BOS-un standartlarına uyğun hazırlanıb. Tribuna 330 yerdən ibarətdir. Bu, o deməkdir ki, media zonasında oturacaqların sayı ikiqat artırılıb.
“Jurnalistlərin rahat işləmələri üçün masalarda kiçik monitorlar quraşdırılıb. Tribuna printer aparatı, həmçinin yüksəksürətli internet və digər texniki avadanlıqla təchiz olunub”, - deyə C.Mehdiyeva əlavə edib.
Qeyd edək ki, London klubları “Çelsi” və “Arsenal” arasında keçiriləcək final oyunu mayın 29-da saat 23:00-da start götürəcək.