Bakıda “Caspian Oil & Gas 2019” və “Caspian Power 2019” sərgiləri açılıb
Mayın 29-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunun ən irimiqyaslı tədbiri - 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas”) sərgisi keçirilir.
YeniAvropa xəbər verir ki, tanınmış beynəlxalq platforma və regionun neft-qaz sənayesinin əsas tədbiri olan sərgi hər il neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təminatı üçün ən yüksəksəviyyəli rəhbərləri bir araya gətirir. “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandum, saziş və müqavilələr imzalanır.
Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxildir. Builki sərgidə 34 ölkəni təmsil edən 290 şirkət iştirak edir. Almaniya, Belarus və Rusiyanın qabaqcıl şirkətləri milli stendlərdə ən son məhsullarını təqdim edirlər. İştirakçı şirkətlər tərəfindən neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin olunması, eləcə də servis xidmətlərini təqdim olunur. İlk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırılır.
Ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edən Rusiya İxrac Mərkəzi bu ölkənin ən qabaqcıl şirkətlərinin nümayəndələrini öz stendində bir araya gətirir. Bu il öz ekspozisiya sahələrini genişləndirmiş “Halliburton”, “Schlumberger” və “Worley Parsons” kimi şirkətlər sərgi qonaqlarına öz innovativ məhsul və xidmətlərini təqdim edirlər. İştirakçıların ümumi sayının 24 faizini təşkil edən debütantlar arasında Azərbaycan, Çin, Qazaxıstan, Türkiyə, Monako, Niderland, Hindistan və digər ölkələr var.
İyunun 1-dək davam edəcək sərgidə “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlərdə yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Bundan başqa, sərgi çərçivəsində 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı işə başlayacaq. Sərginin tərkib hissəsi olmaqla neft-qaz sektorunun, eləcə də bu sektor ilə əlaqəli müxtəlif sahələrin rəhbərləri üçün də əsas platforma olan konfransda 30 ölkədən 500-dək nümayəndə iştirak edəcək.
Bakı Ekspo Mərkəzində, həmçinin energetika və bərpaolunan enerji sənayesi nailiyyətlərinin nümayişi sahəsində Xəzəryanı regionun ixtisaslaşmış tədbiri – 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power 2019”) sərgisi də açılıb. Sərgi iştirakçıları arasında Azərbaycan, Belarus, Rusiya, Türkiyə və digər ölkələrdən energetika sahəsində aparıcı texnologiya təchizatçıları yer alır. Sərgidə Kozlov adına Minsk Elektrotexnika Zavodu, “Energomera” konserni, “Luna” elektrik şirkəti və digər eksponentlər tərəfindən transformatorlar, kabellər, elektrik avadanlıqları, enerjiyə qənaət üzrə ən son texnologiyalar və sair məhsullar təqdim olunur. Sərginin bölmələri arasında isə energetika və elektrotexnika, alternativ enerji mənbələri, kabel-ötürücü məhsulları, işıqlandırma yer alır.
“Caspian Power 2019” sərgisində enerjidən istifadə üzrə ən son nailiyyətlər təqdim edilir və burada elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq mümkündür.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb