I dərəcə əlillər üçün prezident təqaüdünün təyin olunması üçün sənəd qəbuluna başlanılıb
Prezidentin 2019-cu il 15 aprel tarixli 643 nömrəli fərmanına əsasən, yeni təqaüd növləri kimi, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 2019-cu il aprel ayının 1-dən etibarən aylıq 50 manat məbləğində prezident təqaüdü təsis edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri tərəfindən həmin təqaüdlərin təyin olunması üçün vətəndaşlardan sənəd qəbuluna başlanılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Yeniavropa-ya bildiriblər ki, müvafiq qaydaya uyğun olaraq, I dərəcə əlilliyi olan şəxslərə qulluq edən şəxs Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə müraciət edir.
Əgər I dərəcə əlilliyi olan şəxsin ailə üzvləri müraciət edirsə, o zaman onların qohumluq əlaqəsini təsdiq edən sənəd və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi təqdim edilir. (Ərizə I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notarial qaydada təsdiq edilərək təqdim olunmalıdır).
I dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxs müraciət etdikdə isə patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının (yerli icra hakimiyyətinin qəyyumluq, himayəçilik komissiyası) qərarı və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi təqdim olunmalıdır.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə təqaüd, həmin uşaqların sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinətinin adına təyin edildiyi şəxslərə ödənilir. Bu zaman heç bir sənəd təqdim edilmir. (Çünki təqaüd təyin edilməsi barədə sənədlər həmin uşağa sosial müavinət təyin edilməsi üçün toplanmış sənədlərin surəti əsasında tərtib edilir)
Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda onlara qulluq edən şəxsə təqaüd I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə təyin edilir və ödənilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb