logo

Bankdan nağd qaydada pul çıxarılandan  1 % vergi tutulur

17:35 28-05-2019 | icon 3164
Bankdan nağd qaydada pul çıxarılandan  1 % vergi tutulur

Yeni qaydalara əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən   YeniAvropa-ya bildirilib ki, bu, Vergi Məcəlləsinin 220.12-ci maddəsində öz əskini tapıb.

Yeni qaydalara əsasən müvafiq vergi rusumu yalnız pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması zamanı tətbiq olunur.

Bildirilib ki, həmin vəsaitlər yerli banklar, xarici bankın Azərbaycandakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən tutulmaqla dövlət büdcəsinə ödənilir.