Avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” milli turizim zonasında I Xəzər İqtisadi Forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) YeniAvropa-ya bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları da forumda iştiraka dəvət olunurlar.
Forumda Xəzəryanı dövlətlər arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf məsələləri, o cümlədən sənaye, energetika, kənd təsərrüfatı, ticarət, turizm sahələrində investisiya cəlbediciliyi, iqtisadi və digər sahələrdə iri layihələrin yaradılması və sair məsələlər müzakirə ediləcək.
Tədbir çərçivəsində Xəzər innovasiya texnologiyaları sərgisi də təşkil olunacaq.