logo

Sabahdan Bakı-Tver-Bakı istiqamətində yeni avtobus reysi açılır

20:57 27-05-2019 | icon 6153
Sabahdan Bakı-Tver-Bakı istiqamətində yeni avtobus reysi açılır

Mayın 28-dən etibarən həftənin çərşənbə axşamı və cümə günləri Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni avtobus reysi fəaliyyətə başlayacaq.

BBAK-dan YeniAvropa-ya bildirilib ki, avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək. Səfər müddəti təxminən 36 saatdır. Avtobus digər istiqamətdən də həftənin çərşənbə axşamı və cümə günləri saat 13:00-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 100 AZN təşkil edir. Avtobus Rostov, Varonej, Tula, Moskva şəhərlərindən keçəcək.

Sərnişinlər Bakı-Tver-Bakı reysinə biletləri "avtovagzal.az" saytına daxil olmaqla onlayn qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə edə bilərlər. Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. Beş yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır.