logo

Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb

14:21 27-05-2019 | icon 5866
Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb

Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb.

YeniAvropa xəbər verir  ki, mayın 27-də İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə assosiasiyanın təsis edilməsinə həsr olunan tədbir keçirilib. Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, bu gün ölkədə taxılçılığın inkişafı dövlətin prioritet vəzifələrindən biridir. Bu assosiasiyanın yaradılması da həmin aktual məsələyə xidmət edir.

Qeyd olunub ki, hazırda respublikada 51 iri fermer təsərrüfatı və aqropark var. Bu təsərrüfatlarda məhsuldarlıq yüksək səviyyədə təşkil olunub.

Həmçinin diqqətə çatdırılıb ki, 2024-cü ilədək kənd təsərrüfatı sahəsi torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır.