logo

Qarşıdakı üç gündə gözlənilən hava proqnozu açıqlanıb

17:33 25-05-2019 | icon 2751
Qarşıdakı üç gündə gözlənilən hava proqnozu açıqlanıb

Respublikanın rayonlarında mayın 26, 27, 28-də hava şəraitinin dəyişkən olacağı gözlənilir.

Bu barədə  YeniAvropa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, mayın 29-dək əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimal edilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Havanın temperaturu gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaq.