Sosial müdafiə sahəsində Azərbaycan-Rusiya sazişi imzalanıb
Əmək, məşğulluq və sosial müdafiə sahəsində Azərbaycanla əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə ölkəmizə səfərdə olan Rusiya Federasiyası əmək və sosial müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.
YeniAvropa xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə zəngin tarixə malik qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin getdikcə genişlənərək inkişaf etdiyini, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.
S.Babayev Azərbaycanın sosial inkişaf strategiyası, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ölkəmizdə atılan mühüm addımlar, əmək, məşğulluq, sosial müdafiə sisteminin innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlar, ölkəmizin sosial sahədə yeni uğurlu təcrübəsi olan DOST layihəsi barədə məlumat verib. O, əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlarda Rusiya ilə fəal əməkdaşlıq təcrübəsinin olduğunu və əlaqələrin daim genişləndiyini deyib.
Nazir beynəlxalq təşkilatlar – Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası, MDB dövlətlərinin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurası çərçivəsində də iki nazirlik arasında əlaqələrin, tərəflərin sosial sahəyə dair təşkil etdiyi elmi konfrans, seminar və s. tədbirlərdə qarşılıqlı iştirakının məmnunluq doğurduğunu bildirib. O, hazırlanmış yeni Saziş layihəsinin iki nazirlik arasında əməkdaşlıq müstəvisinin yeni istiqamətlər üzrə genişlənməsini nəzərdə tutduğunu vurğulayıb.
M.Topilin Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığının ildən-ilə genişlənməsindən məmnunluğunu ifadə edib. O, hər iki nazirliyin fəaliyyət sahələrində yeni çağırışlara uyğun islahatların geniş vüsət aldığını, bu islahatlar prosesində qarşılıqlı faydalı əlaqələrin əhəmiyyətini vurğulayıb. M.A.Topilin əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin, təcrübə mübadilələrinin uğurla davam etdirilməsi və genişlənməsi üçün rəhbəri olduğu nazirlik tərəfindən müvafiq işlərin aparıldığını qeyd edib.
Görüşdə əlaqələrin mövcud vəziyyəti və gələcək istiqamətləri ətraflı müzakirə olunub.
Daha sonra S.Babayev və M.Topilin tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Sazişdə sosial müdafiə, məşğulluq və əmək miqrasiyası sahəsində siyasət, yoxsulluğun azaldılması üzrə tədbirlərin görülməsi, yaşayış minimumu həddinin müəyyənləşdirilməsi metodologiyasının təkmilləşdirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, əlilliyi olan şəxslərin məşğulluğu və sosial inteqrasiya, sosial xidmətlər, sosial tərəfdaşlıq və işsizlikdən sosial müdafiə sistemlərinin inkişafı, müvafiq sahələrdə birgə layihələrin hazırlanması, həyata keçirilməsi, elmi tədqiqatların, proqramların əlaqələndirilməsi və digər sahələr üzrə əməkdaşlıq istiqamətləri əksini tapıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb