logo

Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru Bakıda səfərdədir 

11:56 22-05-2019 | icon 2723
Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru Bakıda səfərdədir 

Azərbaycanın baş prokuroru Zakir Qaralovun dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasınin(IAP) icraçı direktoru xanım Yanne Holst ölkəmizə səfər edib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, səfərdə məqsəd  Azərbaycan Prokurorluğu ilə qurulmuş sıx əməkdaşlıq məsələlərinin inkişaf perspektivlərinin müzakirə etməkdir.

Səfər çərçivəsində  IAP-ın icraçı direktoru xanım Yanne Holst Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Assosiasiyaya fərdi üzv qəbul edilmiş prokurorluğun gənc əməkdaşları ilə görüşüb.

Tədbirdə baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti Kamran Əliyev BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və sıralarında 100-dən çox dövləti birləşdirən Assosiasiya ilə Azərbaycan Respublikasının prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib, ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələri və göstərdiyi dəstəyi xüsusi vurğulayıb.

Assosiasiyanın yeni üzvləri ilə görüşdə çıxış edən Yanne Holst təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və iş prinsipləri barədə məlumat verib. O, gənc əməkdaşlara xidməti fəaliyyətləri zamanı təşkilatın imkanlarından faydalanmağın yollarını izah edib, onların suallarını cavablandırıb.

Sonda Assosiasiyaya qəbul edilmiş yeni üzvlərə qurumun üzvlük vəsiqələri təqdim olunub.