Gələn ilin ikinci yarısından sərnişinlər Bakı-Qəbələ sürət qatarından istifadə edə biləcəklər.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində məlumat verib.
QSC sədri qeyd edib ki, Ləki stansiyasından başlayaraq 45 kilometrlik yolun yarısı artıq çəkilib: “Hesab edirəm ki, ilin sonuna torpaq yatağı işləri də tam başa çatdırılacaq. Sərnişinlər Qəbələyə 2,5-3 saata rahat və hər bir şəraiti olan vaqonlarla gedə biləcəklər”.