logo

Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq

10:31 22-05-2019 | icon 3297
Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq

Sərnişinlər üçün Bakı– Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik təşkil edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov məlumat verib. Onun sözlərinə görə, Sabunçu dəmir yolu vağzalından şəhər istiqamətində avtobusla gediş haqqı 60 qəpik təşkil edirsə, Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq: “Bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Qatar əgər tək istiqamətdə dayanmadan hərəkət edərsə bu yol 12 dəqiqəyə qət olunacaq, xətt üzrə dayanacaqlarda danarsa bu vaxt 15 dəqiqəyə çatacaq.