logo

Mehman Hüseynov Cenevrədə nazir Oqtay Şirəliyevə təxribat qurub

21:13 21-05-2019 | icon 2716
Mehman Hüseynov Cenevrədə nazir Oqtay Şirəliyevə təxribat qurub

Bir qədər əvvəl bloger Mehman Hüseynov özünün “Facebook” səhifəsində Cenevrənin hava limanında səhiyyə naziri Oqtay Şirəliyevlə çəkdirdiyi fotoşəkli paylaşıb.

YeniAvropa xəbər verir  ki, bloger  sosial şəbəkədə iddia edib ki, guya nazir İsveçrəyə müalicə almağa gəlib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov səhiyyə naziri Oqtay Şirəliyevin bloger Mehman Hüseynovla sosial şəbəkələrdə yayılmış fotoşəkli ilə bağlı şərh verib..

Pərviz Abubəkirov qeyd edib ki, bu məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb.

“Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib",-deyə mətbuat katibi vurğulayıb.