Meriya mayın sonunda “Tarqovı”nın yerli sakinlər üçün bağlaması xəbərini təkzib etdi
Bakı şəhər İcra Hakimiyyəti(BŞİH) mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
YeniAvropa xəbər verir ki, bu barədə BŞİH-nin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib. Onun sözlərinə görə yayılan xəbərlər həqiqəti əks etdirmir.“Bəyan edirik ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib. Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyunudur. Onu hamı sevir və hər hansı məhdudiyyət yol verilməzdir. Əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək”,-deyə meriyanın mətbuat katibi vurğulayıb.