Cari ilin yanvar-aprel aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən (DGK) YeniAvropa-ya bildirilib ki, 4 ayda ixracda əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Çin qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 114 milyon 431 min ABŞ dolları, Türkiyəyə 756 milyon 978 min dollar, Çinə isə 552 milyon 920 min dollar olub.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə həmin ölkələr olub. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 243 milyon 690 min dollar, Türkiyə ilə 1 milyard 197 milyon 903 min dollar, Çin ilə 931 milyon 782 min dollar təşkil edib.