Bu günə qədər "Neft Daşları"ndakı yataqlardan 175 milyon tondan çox neft çıxarılıb.
YeniAvropa xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Məlumatda qeyd edilib ki,indiyədək "Neft Daşları"ndakı yataqlardan hasil edilən təbii qazın həcmi isə 13 milyard 551 milyon kubmetr təşkil edib.
Qeyd edək ki, "Neft Daşları" dünyada dənizdə qurulan ilk neft platforması kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.