logo

Güclü külək İsmayıllıda fəsadlar törədib

21:39 20-05-2019 | icon 2702
Güclü külək İsmayıllıda fəsadlar törədib

Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub.

YeniAvropa xəbər verir  ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Mətbuat xidmətinin rəhbəri deyib ki, mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Mayın 19-da İsmayıllı rayonunda əsən güclü külək meşə sahəsində 100-dən çox ağacı kökündən çıxarıb, bəzilərini isə sındırıb.

İ.İbrahimova qeyd edib ki, oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ziyan dəymiş ağacların uçotu aparılır.