logo

Buzovna sakinindən 877 çətənə kolu və 6 kiloqrama yaxın marixuana götürülüb

17:59 20-05-2019 | icon 2835
Buzovna sakinindən 877 çətənə kolu və 6 kiloqrama yaxın marixuana götürülüb

Daxili işlər orqanları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini Şahin Əliyev Xəzər Rayon Polis İdarəsi 1-ci polis şöbəsinin əməkdaşlarının əvvəlcədən əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış keçirilən zaman xüsusi olaraq əkilən və qulluq edilən 877 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Əliyevdən əlavə olaraq 5 kiloqram 595 qram qurudulmuş marixuana da aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib.

Faktla bağlı 1-ci polis şöbəsində Ş.Əliyev barəsində toplanan material araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.