logo

Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib

16:53 20-05-2019 | icon 4067
Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib

Mayın 20-də Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Avropa Banklar Federasiyasının (ABF) Assosiativ üzvlərinin 48-ci iclası keçirilib.

ABA-dan  YeniAvropa-ya bildirilib ki, iclasda ABA-nın prezidenti Zakir Nuriyev və Avropa Banklar Federasiyasının siyasəti üzrə baş icraçı direktoru Sebastiyan De Brauver açılış nitqi ilə çıxış edib. S.Brauver Avropanın bank-maliyyə sektorunda baş verən inkişaf trendləri barədə iclas iştirakçılarına məlumat verib.

ABA-nın icraçı direktoru Yunus Abdulov ölkənin bankçılıq sektorunda inkişaf meyilləri ilə bağlı çıxış edib.

Azərbaycan Banklar Assosiasiyasının təklifinə əsasən, tədbirin gündəliyinə daxil olunan məsələlər sırasında rəqəmsallaşma, ödəniş ekosisteminin inkişafı, girovun realizasiyası, məhkəmə qərarlarının icrası sahəsində tətbiq olunan yeniliklər və innovativ metodlar ətrafında geniş fikir mübadiləsi aparılıb, Avropa bankları bu istiqamətdə öz təcrübələrini bölüşüblər.

İclasın sonunda ABF-in Assosiativ üzvlərinin 49-cu iclasının Brüsseldə keçirilməsi qərara alınıb.