Müxalif "Meydan TV"nin yaradıcılarından biri olan Həbib Müntəzir istefa verib. YeniAvropa xəbər verir ki,bu barədə o özü “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun bu addımını “Facebook”da "Meydan TV" səhifələrinin gözlənilmədən yox olması ilə izah edilir.Belə ki, Həbib Müntəzir, sosial media üzrə layihənin meneceri kimi, bütün məsuliyyəti öz üzərinə götürüb və istefa verdiyini bəyan edib.
Hazırda Meydan TV-nin “Facebook”dakı səhifələrindən heç biri açılmır.