Azərbaycan və Qazaxıstan arasında investisiya yatırılması, hər iki ölkə arasında ixracatı inkişaf etdirəcək.
YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Sahibkarlar Milli Konfederasiyasının(ASK) prezidenti Məmməd Musayev səsləndirib.
ASK prezidenti qeyd edib ki, Qazaxıstan sahibkarları ölkəmizdə neft-qaz sektorunda investisiya yatırmaq istəyir. Azərbaycan investisiya yatırmaq istəyən sahibkarlara hər cür dəstək verməyə hazırdır.
Qazaxıstan və Qırğızıstanın Azərbaycan üçün maraqlı olduğunu deyən M.Musayev xarici sahibkarların ölkəmizə cəlb olunmasında məqsədin ölkələrarası tranzit əlaqələrin və ixracatın genişlənməsi, birgə investisiyaların artırılmasıdır.
Hədəf yeni iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması, ixrac məhsullarının artırılması üçün birgə fəaliyyət göstərilməsidir.