Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 12 milyon 445,6 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 11 milyard 637,5 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 8 milyard 41,9 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, dörd ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10,8 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz çoxalıb.
Ölkədə neft istehsalı planlaşdırılmış təmir işləri ilə əlaqədar “Azəri-Çıraq-Günəşli” yatağının “Mərkəzi Azəri” platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən 3 faiz azalıb, qaz hasilatı isə 43,5 faiz artıb.