logo

4 ayda dövlət büdcəsinin gəlirləri 7,5 milyard manat təşkil edib

10:57 18-05-2019 | icon 3269
4 ayda dövlət büdcəsinin gəlirləri 7,5 milyard manat təşkil edib

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 7 milyard 503,4 milyon manat, xərcləri 7 milyard 220,5 milyon manat təşkil edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, büdcənin icrasında 282,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər profisit yaranıb.